XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
14:21
609
16
Apr
14:21



Sahibə Qafarova: “MDB PA əməkdaşlığın inkişafı üçün mühüm alətə çevrilib”

“Bu yaz sessiyasının səmərəli, konstruktiv keçəcəyinə şübhə etmədiyimi bildirmək istərdim. MDB Parlamentlərarası Assambleyasının fəaliyyəti dövründə üzv ölkələrin parlamentləri bu qurumun intəhasız imkanlara malik olduğunu sübuta yetirib. Bu assabmleyanın nüfuzlu beynəlxalq təşkilata, dövlətlər arasında əməkdaşlığın inkişafında mühüm alətə çevrilməsi sevindiricidir”.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Sankt-Peterburq şəhərindəki 52-ci iclasında bildirib.

MDB PA-nı regional və beynəlxalq siyasətə dair başlıca məsələlərlə bağlı müzakirə və əməkdaşlığın əlverişli platforması kimi dəyərləndirən Milli Məclis sədri deyib: “Bu gün dünyada parlamentlərin, parlament diplomatiyasının rolu danılmazdır. MDB PA da parlamentlər arasında iki və çoxtərəfli əməkdaşlığın inkişafı üçün nadir platformadır. Üzv dövlətlər arasında MDB PA çərçivəsində hərtərəfli tərəfdaşlığın gücləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli inkişaf etməklə ali qanunçuluq qurumları arasında əlaqələrin genişlənməsinə töhfə verəcək”.

Avrasiya Qadın Forumu təşəbbüsünün əhəmiyyətini vurğulayan S.Qafarova bununla sülhün və təhlükəsizliyin gücləndirilməsində qadınların artan rolunun bir daha ortaya çıxdığını diqqətə çatdırıb

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi








Goranboyda fermada yanğın olub








Qaxda 56 yaşlı kişi evində ölü tapıldı








Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.