XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



16 Apr
2021
22:26
983
16
Apr
22:26



Süveyş kanalının alternativi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir

Süveyş Kanalı İdarəsi (SKİ) kanalda tıxac yaratdığına görə “Ever Given” gəmisinin sahibi olan Yaponiyanın “Shoei Kisen” şirkətindən 900 milyon dollar tələb edir.

XeberOxu.Az-ın məlumatına görə, SKİ-nin iddiasına görə, kanalın 1 həftə bağlı qalması məhz 900 milyon dollara başa gəlib və bu itkiyə görə məsuliyyəti gəmiyə sahib olan şirkət daşımalıdır. Artıq şirkət də məsələyə münasibət bildirib və bəyan edib ki, bu problem SKİ ilə müzakirə ediləcək.

Göründüyü kimi Asiyadan Avropaya yük daşıması ilə məşğul olan kampaniyalar və dövlət müəssisələri yeni problemlə qarşı-qarşıyadır. Heç kəs bu kimi halların təkrarlanmayacağına zəmanət verə bilməz. Yüklərin alternativ yolla daşınması haqqında düşünməyin vaxtı çoxdan çatıb. Bu alternativ isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Cənub-Şərqi Asiya ölkələrində Avropaya və əks istiqamətə yüklər İranın Çabahar və Bəndər Abbas limanları vasitəsilə daşınsa risklər ən aşağı həddə enər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Asiyadan yük daşıyan gəmilər kanala deyil, körfəzə daxil olaraq limana yan alır ki, burada da ilişib qalaraq tıxac yaratmaq mümkün deyil. Bundan başqa, yük gəmisinin necə deyərlər dünyanı dolaşıb Avropaya limanlarına da daxil olmasına ehtiyac yoxdur. Gəmilər İranın adı yuxarıda çəkilən limanlarına daxil olduqdan sonra yüklər vaqonlara yüklənərək Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq keçərək Qərbi Avropa ölkələrinə çatdırılacaq. Beləliklə də heç bir şirkət tixaca görə təzminat ödəmək məcburiyyətində qalmayacaq.

Qeyd etmək lazımdır ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması daha az vaxt aparır. Asiyadan Misirin Süveyş kanalına, oradan Hibraltar və La-Manş keçidlərinə qədər yük gəmilərinin üzməsi 1 ay vaxt aparır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yüklər 15 gün müddətində mənzil başına çatdırılır. Bir neçə dövlətdən keçərək dəfələrlə gömrük rəsmiləşdirməsindən keçən gəmilər üçün yükün daşınması baha başa gəlir.

Hələlik Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin yalnız Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edib. Rəsmi Tehran bu yolun inşasının tez bir zamanda yekunlaşdırmaq istəyir. Lakin sanksiyalar və COVID-19 problemi yolun tikintisini ləngidir. İran üçün artıq perspektiv açılıb. Çin ilə qarşılıqlı strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. İran mətbuatının yazdığına görə müqaviləyə əsasən, Çin İran iqtisadiyyatına 400 milyon dollar sərmayə yatırmağı planlaşdırır. Bu sərmayə ilə yonun çəkilişini başa çatdırmaq olar.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.