XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



17 Apr
2021
01:38
989
17
Apr
01:38



İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”

İtaliyanın “İl Giornale”, “Faro di Roma”, “Agenzia Nova” və “MSN Notizie” mətbuat orqanları aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrasdakı fikirləri barədə yazılar dərc edib.

XeberOxu.Az xəbər verir ki, yazılarda 15 ölkədən, o cümlədən İtaliyadan olan beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın 3 saatdan artıq davam etdiyi vurğulanır.

Bildirilir ki, Azərbaycan Prezidenti tədbirdə iştirak edən italyan araşdırmaçıların suallarını cavablandıraraq qeyd edib ki, “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır. Mən ötən il İtaliyaya dövlət səfərimi yaxşı xatırlayıram. Bildiyiniz kimi, ondan öncə İtaliyanın Prezidenti cənab Mattarella Azərbaycana dövlət səfərinə gəlmişdi və mənim səfərim strateji dialoqun davamı idi. Biz strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Bu, ikinci belə bir sənəd idi. Birincisi, bir neçə il ondan öncə imzalanmışdı. Bu, bizim qarşılıqlı sadiqliyimizi nümayiş etdirir. Həmçinin biz İtaliyaya münaqişənin həlli ilə bağlı birmənalı və ədalətli yanaşmaya görə minnətdarıq. Biz bilirik ki, bu mövqeyi aydın ifadə etmək o qədər də asan məsələ deyil, xüsusilə də Avropa İttifaqı ailəsində Ermənistanın güclü tərəfdarları var. Onlar hər zaman münaqişə qurbanı ilə işğalçı qüvvələri eyni tərəziyə qoymağa çalışıblar. Yəni, mövqeyiniz bu əməkdaşlığın vacib əlaməti olub”.

Yazılarda, həmçinin Prezident İlham Əliyevin fikirlərinə istinadla Azərbaycan-İtaliya əməkdaşlığının müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçdiyi vurğulanır. “Bizim siyasi əlaqələrimiz əladır. Biz güclü əməkdaşlığı davam etdiririk. Bu əməkdaşlıq müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçib və İtaliya nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri tərəfimizdən dəstəyin növbəti əlaməti hesab edilmişdir. Yenidənqurma ilə bağlı planlaşdırmanın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etdik. Bizim əvvəlki illərdə təmaslarımız olub, çünki italyan şirkətləri ölkəmizdə böyük layihələr icra ediblər ki, bura neft-kimya, neft emalı, tikinti və memarlıq layihələri daxildir. Biz italyan şirkətlərinin iştirakını genişləndirmək arzusundayıq. Mən bildirmişdim ki, müharibədən sonra biz dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bu, təbii haldır, çünki müharibə bizim üçün kimin-kim olduğunun aydın göstəricisi idi. Burada müharibə hər şeyi aydın göstərdi”, - deyə dövlətimizin başçısının sözlərinə yer verilir.

Yazılarda (İl Giornale, MSN Notizie), həmçinin vurğulanır ki, konfransda toxunulan əsas mövzularından biri də işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsi mövzusu olub. Prezident İlham Əliyevin fikirlərinə istinadla bildirilir ki, məcburi köçkünlərin öz evlərinə qaytarılmasında ən böyük problem minalardır və Ermənistan minaların xəritələrini təqdim etmir. Məqalələrdə qeyd olunur ki, “Ermənistan tərəfindən yerləşdirilmiş minalar nəticəsində “səssiz qırğınların” sayı Azərbaycan tərəfinin haqlı olduğunu sübut edir. Belə ki, dekabrdan martın ortalarına qədər 17 mindən çox partlayıcı zərərsizləşdirilib, bununla yanaşı həm hərbi, həm də mülki azərbaycanlılar arasında noyabrın ortalarından aprelin əvvəlinə qədər 20 ölü və 85 yaralı qeydə alınıb”.

Məqalələrdə azad edilmiş ərazilərin minalardan təmizlənməsinin çətin bir proses olduğu, Azərbaycanın çatışmayan xüsusi texnikanı əldə etməli olduğu bildirilir və bu məsələdə İtaliyanın da yardım göstərməsinin vacibliyindən danışılır.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi








Goranboyda fermada yanğın olub








Qaxda 56 yaşlı kişi evində ölü tapıldı








Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib


Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.