XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



17 Apr
2021
11:21
901
17
Apr
11:21



Azərbaycanda deputatın babasından qalma antikvar samovar oğurlanıb - YENİLƏNİB - FOTO, VİDEO

Azərbaycanda deputatın qardaşının evindən oğurluq edilib.

"Report"un əldə etdiyi məlumata görə ki, hadisə Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, rayon sakini, Milli Məclisin deputatı Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli ona məxsus evdən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət edib.

"Bakıya getmişdim, qayıdandan sonra gördüm ki, evimizə oğrular girib. Oğrular evdə müəyyən ziyanlı işlər görüblər. Samovar babalarımızdan qalma əşya idi və antikvar idi", - zərərçəkən F.Kərimli deyib.

Hadisəni törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır

Məlumat üçün bildirək ki, Fəxrəddin Zayıdağa oğlu Kərimli 2020-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı T.Kərimlinin rəhbəri olduğu Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi olub.

Tahir Kərimli09:23

Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evindən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Report-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi








Goranboyda fermada yanğın olub








Qaxda 56 yaşlı kişi evində ölü tapıldı








Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib


Digər HADiSƏ xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.