XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



17 Apr
2021
14:05
1364
17
Apr
14:05



DİN-dən Kürdəmirdə qarşısı alınan qalmaqallı toyla bağlı AÇIQLAMA -VIDEO

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda toy mərasiminin keçirilməsinin qarşısı alınarkən polislə vətəndaşlar arasında yaşanan xoşagəlməz hadisə barədə açıqlama verib.

Xəbəroxu.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, pandemiya dövründə, ölümcül virusun geniş yayıldığı zamanda belə kütləvi tədbirlərin keçirilməsi vətəndaşların sağlamlığı baxımından həm təhlükəli, həm də yolverilməzdir: “Övladına toy etməyi hər bir vətəndaşımıza arzu edirik.

Buna baxmayaraq təəssüflər olsun ki, toy, yas, ad günləri və digər belə kütləvi tədbirlər keçirməyə cəhd hallarına rast gəlirik və sözsüz ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən belə cəhdlərin qarşısı alınır.

Aprelin 10-da Kürdəmir rayonunun Ərşəli kəndində toy mərasiminin keçiriləcəyi barədə polisə məlumat daxil olub və ərazidə xidmətdə olan bir neçə əməkdaş ünvana gedərək toyun keçirilməsinin yolverilməz olduğu barədə toy sahibinə xəbərdarlıq edilib. Lakin çox təəssüflər olsun ki, orada olan bir neçə qadın polis əməkdaşlarına qarşı aqressiv davranaraq Azərbaycan xanımına yaraşmayan hərəkətlər edib, ifadələr işlədiblər. Buna baxmayaraq onlarla profilaktik və izahedici söhbətlər aparılmış, tədbirin keçirilməsinin qarşısı alınıb”.

Xatırladaq ki, sözügedən toy zamanı toyda iştirak edən qadınlar polis əməkdaşlarına etirazlarını bildirmişdi. Bəyin anası oğlunun 3 ildir nişanlı olduğunu əsas gətirərək toya icazə verilməsini tələb edirdi. Polis əməkdaşlarının müdaxiləsi zamanı qadınlardan biri huşunu itirərək yerə yıxılıb.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.