XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



17 Apr
2021
14:32
702
17
Apr
14:32



Ağdamda müasir heyvan kəsimi məntəqəsinin inşasına start verildi - FOTO, VİDEO

Aprelin 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına başlanıb.

AQTA-dan  verilən məlumata görə, yeni qurulacaq heyvan kəsimi məntəqəsi işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. İnşasına başlanan yeni heyvan kəsimi məntəqəsi zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.

Qeyd edək ki, müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin yaradılması ilə bağlı əvvəlcədən müvafiq qurumlarla birgə təşkilati işlər həyata keçirilmiş, xidmətin daha effektiv təşkili üçün zəruri amillər nəzərə alınmışdır. Mikro və kiçik sahibkarlıq subyektləri ilə iş təcrübəsini nəzərə alaraq, “ABAD” publik hüquqi şəxsi də müasir heyvan kəsimi məntəqəsinin gələcək fəaliyyətində cəlb olunacaq iştirakçıların seçimini təşkil edəcək, onların potensialını və biznes idarəetmə səriştəliliyini dəyərləndirib, ət kəsimi sahəsi üzrə “ABAD”çılar yetiştirəcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstərəcəkdir. AQTİ laboratoriyalarının da fəaliyyət göstərəcəyi müasir heyvan kəsimi məntəqəsində kəsimə və dövriyyəyə çıxarılacaq ət və ət məhsullarına baytarlıq-sanitariya nəzarəti həyata keçiriləcəkdir.

Qeyd edək ki, Ağdamın Quzanlı qəsəbəsində fəaliyyət göstərəcək yeni kəsim məntəqəsi yerli sahibkarlara peşəkar dəstəyin göstərilməsi və müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradacaqdır. Məntəqədə fəaliyyət göstərəcək sahibkarların, eləcə də işə cəlb ediləcək işçi heyətin təlimləri Agentliyin əvvəl icra etdiyi layihələrdən əldə olunan təcrübə əsasında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək.



Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda avtomobil bir yaşlı uşağın ayağının üzərindən keçdi








Goranboyda fermada yanğın olub








Qaxda 56 yaşlı kişi evində ölü tapıldı








Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]

Яндекс.Метрика




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.