XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



17 Apr
2021
21:57
739
17
Apr
21:57



İsveç sürətli dəmir yolları şəbəkəsi yaratmaq niyyətindədir

İsveç sürətli dəmir yolları şəbəkəsi yaratmaq niyyətindədir.

 XeberOxu.Az xəbər verir ki, İsveç hökumətinin yeni planı çərçivəsində krallıq 2022-2033-cü illərdə avtomobil və dəmir yollarının saz saxlanılması və inkişafına 799 milyard İsveç kronu (cari məzənnə ilə təqribən 94,7 milyard ABŞ dolları) xərcləmək niyyətindədir.

Artıq yerli parlamentin çoxluğu hökumətin müvafiq qanun layihəsinə razılığını verib, bu da proqramın ən qısa müddətdə qəbul edilə biləcəyi deməkdir. Qanun layihəsi yaxın on iki ildə avtomobil və dəmir yollarının istismar edilməsi və investisiya qoyuluşu üçün maliyyə əsaslarını da müəyyənləşdirir.

Beləliklə, İsveç hökuməti əsas dəmir yolu xətlərinin genişləndirilməsinə və yeni sürətli qatar xətlərinin yaradılması haqda ilkin planlarını açıqlayıb.

İsveçin infrastruktur naziri Thomas Enerottonun fikrincə, bu proqram İsveç tarixinin hazırkı mərhələsində infrastruktura yatırılan ən böyük sərmayə olacaq. Belə ki, 799 milyard İsveç kronundan 437 milyardı məhz infrastrukturun inkişafı üçün istifadəsi nəzərdə tutulur.

Qeyd edək ki, sürətli dəmir yollarının tikintisi məsələsi bir neçə ildir İsveç hökumətinin gündəliyindədir. Lakin, bu günə qədər belə bir layihənin zəruriliyi və dəyəri barədə mübahisələrin olması səbəbindən tikintiyə başlamaq barədə qərar qəbul etmək mümkün olmayıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib








Gəncədə azyaşlını avtomobillə vuran sürücü saxlanılıb








İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb








Qaxda dələduzluq edən iki əmioğlu ələ keçdi


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.