# EVDƏQAL
# EVDƏQAL



24 Mart
2020
21:55
4873

24
Mart
21:55



"Ailə TV" filiallarında dezinfeksiya işləri aparılıb

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə martın 22-də Ailə TV kabel televiziyası və internet provayderinin bütün filialları və baş ofisində dezinfeksiya işləri aparılıb.

Xeberoxu.az-ın məlumatına görə, dezinfeksiya sahəsində ixtisaslaşmış şirkət tərəfindən Ailə TV-nin filiallarındakı bütün otaqlar dezinfeksiya olunub. Bundan əlavə, gün ərzində 3-4 dəfə masaların üzəri, döşəmələr xüsusi məhlullarla təmizlənir.

Həmçinin, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və zəruri profilaktik tədbirlərin artırılması məqsədilə şirkət əməkdaşları məlumatlandırılıb. Ailə TV əməkdaşları bütün abunəçiləri maska və əlcəklərlə qəbul edirlər. Virusa qarşı əks-epidemik tədbirlər çərçivəsində şirkətə gələn hər bir şəxs maska, əlcəklər, spirt və antiseptik gellərlə təmin edilir.

Xatırladaq ki, Ailə TV Bakıda və Gəncədə öz abunəçilərinə yüksək keyfiyyətli televiziya və internet xidmətləri təqdim edir. Bundan əlavə şirkətin İPTV xidmətindən dünyanın internet olan hər yerində istifadə etmək olar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.