RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



23 Iyun
2019
22:01
2661



Ailəsini Ayselin dağıtdığını deyən qadına zərbə: Uşağı əlindən alındı - VİDEO

Bir müddət öncə müğənni Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovu əlindən almaqda, ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfovanın uşaqları (Mədinə və Zeynəb - red.) məhkəmə yolu ilə əlindən alınıb. Bu, Elçin Nəcəfovun müvafiq iddia ilə məhkəməyə müraciətindən sonra baş tutub.

Məhkəmə prosesinin nəticəsi “Xəzər TV”də yayımlanan “Səni axtarıram” verilişində açıqlanıb.

T.Nəcəfovanın vəkili Tahir Əlirzayev telefonla canlı efirə qoşulub və məhkəmənin nəticəsini elan edib:“Təəssüf ki, Elçin Nəcəfovun Turanə Nəcəfovaya qarşı iddiası təmin edildi. Məhkəmə azyaşlı Zeynəbin (11 yaş - red.) anasından alınıb, atasına verilməsi barədə qərar çıxardı.

İddia ərizəsində uşağın atanın yanında olduğu, bununla belə, anadan alınıb ataya verilməsi tələb edilib. 

Mən hakimə dedim ki, iddiadan uşağın atada olduğu məlum olur. Bizdən alınıb necə ona veriləcək? Ancaq qətnamə onların lehinə çıxarıldı.

Hakim Mədinənin də fikrini soruşdu. O, bacısından ayrılmaq istəmədiyini dilə gətirdi”.

Qeyd edək ki, Turanə bir neçə ay öncə “Səni axtarıram” proqramına şikayətçi qismində qatılıb və gündəmi dəyişən iddialar irəli sürüb. O, müğənni Aysel Əlizadənin keçmiş həyat yoldaşı, “Yetim” ləqəbi ilə tanınan Elçinlə ailəsini dağıtdığını bildirib.

Turanə bildirib ki, Elçinin avtosalonu var və tikinti ilə məşğuldur. O, ərinin müğənniyə “Porsche” aldığını iddia edib. Bundan sonra Aysel Əlizadə “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az