Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
17:35
366

01
Okt
17:35



Alman İnkişaf Bankı: Milli Parkların girişində ekoturizm mərkəzlərinin yaradılması vacibdir
Milli Parkların hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması vacib məsələdir.
Xeberoxu.Az-ın məlumatına görə, bunu Alman İnkişaf Bankının Transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır: "Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var. Bundan başqa, xüsusi mühafizə olunan təbiət əraziləri barədə qəbul edilən qanunvericilik bazasına dəyişikliklər edilmədir".
R.Salmanov əlavə edib ki, milli parklarda iaşə obyektlərinin və ya yerləşdirmə yerlərinin tikilməsi mümkündür: "Belə obyektlərin inşası üçün lazımi prosedurlar normativ aktlarda öz əksini tapmayıb. Bu gün ölkədə 11 milli parkdan cəmi bir - ikisini çıxmaq şərti ilə digərlərində belə obyektlər yoxdur".
Tədbirdə qeyd edilib ki, Abşeron yarımadasının ən son nöqtəsi olan "Şah dili" (qartalın dimdiyi kimi tanınan ərazi) Abşeron Milli Parkının da son nöqtəsidir və bu ərazini turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək, rəmzi guşə yaratmaq olar.
Görüşdə iştirak edən ETSN nümayəndələri bu maraqlı ideyanı dəstəklədiklərini və artıq bütün milli parklar üçün yaddaqalan və brendə çevrilməli olan oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər.
Tədbirdə ekoturizmin inkişafı ilə bağlı turizm şirkətlərinin nümayəndələri tərəfindən də bəzi təkliflər səsləndirilib.
Qeyd edilib ki, Azərbaycanın gözəl təbiətə malik bəzi ərazilərinə, o cümlədən şəlalələrinə avtomobillə və ya piyada getmək təhlükəlidir. Bu yerlərdə bir çox ölkələrdə olduğu kimi kanatlar çəkilə bilər.
Bildirilib ki, milli parklarda heyvanlar aləmini turistlərə canlı deyil, yalnız fotolar vasitəsilə göstərmək mümkündür. Bunun üçün xarici təcrübədən yararlanaraq turistlərin vəhşi heyvanların olduğu ərazilərə təhlükəsiz şəkildə daxil ola bilməsi üçün imkanlar yaradılmalıdır.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az