# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
03:33
2282

23
May
03:33



Almaniyada Dağlıq Qarabağda yaradılmış qondarma rejimin nümayəndəliyinin fəaliyyəti qadağan edilib

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır.

XeberOxu.Az-ın məlumatına görə,   Trend-in Almaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, beləliklə, Almaniya XİN Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edib.

XİN-in məlumatında bildirilir: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq, qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

XİN-dən bildirilib: "Bununla əlaqədar, Almaniya Xarici İşlər Nazirliyi yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb".

Bu bəyanat yayıldıqdan sonra qondarma rejimi nümayəndəliyinin "Facebook" və "Twitter" sosial şəbəkələrindəki hesabları bağlanıb.

Bundan əlavə, qondarma rejimin Almaniya domeni olan saytı deaktiv edilib. Separatçılar bu saytın köməyi ilə Almaniyadan Azərbaycanın işğal edilmiş ərazilərinə turizm təşkil etməyə çalışırdılar. Arutyun Qriqoryan özü də "Facebook" səhifəsini silib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.