Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



14 Sen
2020
13:45
2977
14
Sen
13:45



Anasını və bacısını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

İyunun 1-də Bərdə rayonu, Alaçadırlı kənd sakinləri Nəzirə Zeynalova və qızı Əminə Zeynalovanın odlu silahla qəsdən öldürülmələri faktı üzrə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

XeberOxu.Az-ın məlumatına görə,  Bərdə rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

İstintaqla Toğrul Zeynallının şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynalovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İstintaqla həmçinin, Toğrul Zeynallının yaşadığı Alaçadırlı kəndi ərazisində 7 ədəd ümumi təmiz çəkisi 166 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib becərərək kultivasiya etməsinə şübhələr üçün əsaslar müəyyən eilmişdir.

Toğrul Zeynallı təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.