XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



27 Sen
2022
18:17
1116
27
Sen
18:17



Anım Günündə yollarla bağlı - DYP-dən Açıqlama+VIDEO
27 sentyabr Anım Günü ilə əlaqədar olaraq əvvəlcədən xəbərdar olunduğu kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən hərəkətin təşkili ilə bağlı tədbirlər görülüb.

 

Xeberoxu.Az xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli  Manset.az-a bildirib ki, şəhidlərin xatirəsini yad etmək üçün İkinci Şəhidlər xiyabanı və Dağüstü park istiqamətində avtomobillərin axını müşahidə olunub: “Anım Günü ilə əlaqədar olaraq şəhid hərbçilərimizin ailə üzvləri, yaxınları, eləcə də digər vətəndaşların bu istiqamətlərdə səfərləri artıb. Ərazidə parklanma imkanları məhdud olduğu üçün müəyyən qədər sıxlıq müşahidə olunub. Bununla belə dövlət yol polisi əməkdaşlarının ziyarət başlayandan bitənədək apardığı xidmət və hərəkətin tənzimləməsi üçün görülən tədbirlər nəticəsində bütün vətəndaşların Şəhidlər Xiyabanına giriş-çıxışı təmin edilib.

Xiyaban ərazilərində vətəndaşların rahat hərəkəti üçün avtomobillərin əraziyə girişi məhdudlaşdırılıb. Müstəsna hallarda polis əməkdaşları tərəfindən yaşlı və yeriməkdə çətinlik çəkən vətəndaşların məzarların olduğu yerə qədər aparılması təmin edilib. Sözügedən ərazilərdə heç bir narahatlıq doğuran hal və insident baş verməyib. Bir daha vətəndaşlara göstərdikləri anlayış üçün təşəkkür edirik”.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Avto-Moto xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.