AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





21 Apr
2019
19:07
474



Deputat: Bəzi dairələr Azərbaycanın qısa müddətdə belə böyük uğurlar əldə etməsini həzm edə bilmirlər

Azərbaycanın gündən-günə inkişafı, eyni zamanda, beynəlxalq aləmdə nüfuzunun artması anti-Azərbaycan şəbəkələrə dinclik vermir və onlar müxtəlif yollarla ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. 

Xeberoxu.az-ın məlumatına görə,  Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, son 15 ildə Azərbaycan böyük inkişaf yolu keçib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial və iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Cənab Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət xalqın maraqlarına xidmət edir. Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib”.

O vurğulayıb ki, Azərbaycanın reallaşdırdığı transmilli enerji və nəqliyyat layihələri də ölkəmizin beynəlxalq aləmdə mövqelərini xeyli gücləndirib, Azərbaycan dünyada söz sahibinə çevrilib:

“Lakin bəzi dairələr Azərbaycanın bu inkişafından narahatdırlar, onlar Azərbaycanın qısa müddətdə belə böyük uğurlar əldə etməsini həzm edə bilmirlər. Məlumdur ki, həmin dairələr Azərbaycanda öz maraqlarını həyata keçirmək istəyirlər. Lakin müstəqil Azərbaycanda onların maraqları reallaşa bilməz. İstəkləri həyata keçmədiyinə görə isə çirkin yollara əl atırlar, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar”.

Millət vəkili qeyd edib ki, anti-Azərbaycan qüvvələr indiyə qədər olduğu kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər: “Artıq Azərbaycan güclü bir dövlətdir, ölkədə güclü xalq-iqtidar birliyi mövcuddur, xalqımız Prezident ətrafında sıx birləşib. Belə olan halda isə anti-Azərbaycan şəbəkələrin niyyətləri heç zaman həyata keçə bilməz”.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub







Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib (YENİLƏNİB)







Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az