AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





22 Apr
2019
11:04
477



Deputat: Xalq-iqtidar birliyindən narahat olan qüvvələr ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar

Azərbaycan sabitlik adasıdır, dövlət insanların rahat və təhlükəsiz yaşaması üçün mütəmadi addımlar atır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Ancaq təəssüflər olsun ki, Azərbaycanın bu uğurlarından narahat olan dairələr var.

Xeberoxu.az-ın məlumatına görə,  Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Azərbaycanın inkişafını gözü götürməyən həmin bədxahlar ölkədə ən kiçik problemi belə, faciə həddinə çatdırmağa çalışırlar: “Dünyanın hər bir ölkəsində problemlər var, qəzalar, təbii fəlakət, texnogen hadisələr baş verir. Ancaq həmin dairələr Azərbaycanda baş verən ən kiçik məsələni qabardaraq faciə formasında təqdim etməyə çalışırlar. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin qüvvələr orada nöqsan axtarmağa cəhd etməsinlər”.

Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdə müəyyən ideoloji mərkəzlər var ki, onlar bu gün ayrı-ayrı ölkələrdə qarışıqlıq yaratmaq, dövlət çevrilişləri etmək, hansısa siyasi və iqtisadi maraqlarını təmin etmək üçün fəaliyyət göstərirlər:

“Onlar Azərbaycandakı əmin-amanlığı, xalq-iqtidar birliyini görürlər və öz içərimizdən müəyyən adamları taparaq ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar. Lakin həmin dairələrin cəhdləri həmişə boşa çıxır, çünki Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib”.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub







Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib (YENİLƏNİB)







Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib -FOTO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az