AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





22 Apr
2019
17:45
417



Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib.

ADU-dan XeberOxu.Az-a verilən məlumata görə, seçkiyə əsasən universitetin rektoru, akademik Kamal Abdullanın əmri ilə bu vəzifəyə professor Şahin Xəlilli təyin edilib.

Şahin Həmid oğlu Xəlilli 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsini bitirib. 1976-cı ildən indiki ADU-da əmək fəaliyyətini davam etdirir.

1985-ci ildə “Ceyms Oldricin yaradıcılığında Azərbaycan mövzusu”nda namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ildə “Yazıçı” nəşriyyatında “Ceyms Oldric və Azərbaycan” adlı monoqrafiyası çap olunub. Londonda ədibin evində kitabın təqdimatı keçirilib.

O, 1999-cu ildə Kembric Universitetində Britaniya yazıçılarının XXV seminarında iştirak edib. 2005-ci ildə “Azərbaycan-ingilis ədəbi əlaqələri (Qədim və Orta əsrlər dövrü)” adlı doktorluq dissertasiyasını müdafiə edib.

“Ədəbi əlaqələr işığında” (2002), “Azərbaycan – ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002), “Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan – ingilis ədəbi əlaqələri” (2003) adlı kitab və monoqrafiyaların, magistr hazırlığı üçün “XX əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi” fənni üzrə proqramın (2009), “Şekspirin sonetləri” (2009) dərs vəsaitinin, eləcə də “Shakespeare’s English Historic Plays” (həmmüəllif S.Magill. 2009), “British Literature. Medieval Ages” (həmmüəllif A.Tatli. 2012), “Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif Səadət Əliyeva. 2018) adlı dərs kitablarının, eləcə də “Ceyms Oldric və Azərbaycan” adlı toplunun müəllifidir.

“Britaniya adalarının xalq nağılları” şərikli tərcümə kitabı 1989-cu ildə “Gənclik” nəşriyyatında, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2005-ci ildə 25.000 tirajla “Öndər nəşriyyat”da çap olunub. XIX əsrin ingilis yazıçısı Ceyms Moriyerin “İsfahanlı Hacıbabanın macəraları” adlı romanının tərcüməsini 1993-cü ildə “Gənclik” nəşriyyatında 25 cilddən ibarət olan “Macəra və Fantastika kitabxanası” seriyası ilə nəşr etdirib.

“Yerin ulduzları” (1990), “Ürəyimdən keçənlər” (1996) uşaq şeirləri kitablarının müəllifidir.

2015-ci ildə Böyük Britaniyanın “Rossendale Books” nəşriyyat evində çapa hazırlanan “Ürək şəkilli yarpaqlar” (“Heart-Shaped Leaves”) adlı kitabı ABŞ-da nəşr olunub.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO-2019” növbəti konfransında iştirak edib







Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub







Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib (YENİLƏNİB)







Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib -FOTO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az