XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
11:56
641
28
Iyul
11:56



Arvadını küçədə öldürən kişi barədə İLGİNC FAKTLAR - EMİLYANI 16 YAŞINDA...

Dünən Balakən şəhərində 27 yaşlı Elton Layicovun həyat yoldaşı, 2001-ci il təvəllüdlü Emilya Əbdürrəhmanovanın boğazını kəsərək qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Xeberoxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən bir neçə gün əvvəl E.Əbdürrəhmanova həyat yoldaşı ilə bağlı polisə şikayət edibmiş. Bundan sonra Balakənin Hənifə və Mahamalar kəndindəki polis məntəqələrinin sahə müvəkkilləri Eltonun axtarışına başlayıblar. Lakin 27 yaşlı Elton Layicov polisə izahat verməkdən yayınıb və Balakən şəhərində həyat yoldaşı Emilyanı izləyərək ona yaxınlaşıb. O, 21 yaşlı xanımına bıçaqla bir neçə xəsarət yetirib. Zərbələrdən biri gənc qızın boyun nahiyəsinə tuş gəlib və çoxlu qan itirən Emilya çatdırıldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Bildirilib ki, Elton Layicov Emilyanı hələ qızın 16 yaşı olanda -2017-ci ildə evlənmək üçün qaçırıbmış. Lakin həmin vaxt Emilya yetkinlik yaşına çatmadığından işə hüquq-mühafizə orqanları qarışıb və evliliyə imkan verilməyib. Bundan sonra Elton hərbi xidmətə gedib və qayıtdıqdan sonra E.Əbdürrəhmanova ilə ailə quraraq yaşamağa başlayıb, onların övladı dünyaya gəlib. Lakin təxminən 1 həftə əvvəl onların arasında qısqanclıq zəminində münaqişə baş verib və Emilya evi tərk edib. Hadisə də bundan sonra baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.