Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
21:56
117



AsstrA ilə ekzotik aviadaşımalar

Ekzotik istiqamətlər təkcə turistlər arasında getdikcə daha da populyarlaşmır. Nəqliyyat-logistika sahəsi də öz üfüqlərini genişləndirir və qeyri-adi istiqamətlər açır.

AsstrA-nın aviadaşımalarının coğrafi əhatəsi məhdud deyil. Şirkətlər qrupu ən populyar nəqliyyat istiqamətlərindən başqa, ekzotik ölkələrə hava marşrutları təklif edir. “AsstrA”nın Berqamodakı filialının ekspertləri ekzotik hava daşımalarını necə təşkil etməyi yaxşı bilirlər.

“AsstrA Express Delivery and Groupage Cargo Division” şöbəsinin ekspeditoru Alan Tertsi deyir: “Uzaq ölkələrə avianəqliyyat bizim bilik sahəmizdir. AsstrA Müştərilərə malları İtaliyanın Malpensa, Fyumiçino, Marko Polo, Punta Raizi, Florensiya, Turin və ya Kazelle kimi aeroportlarından Asiyanın bütün ölkələrinə, Avstraliyaya, ABŞ-a və Afrikaya göndərməyə kömək edir. Biz 2017-ci ilin əvvəlindən etibarən İtaliyadan Hindistan, Keniya, Nigeriya, Argentina və Azərbacana artıq bir çox tədarük həyata keçirmişik”.

AsstrA-nın aviadaşımalar xidmətləri, həmçinin yüklərin gömrük rəsmiləşdirilməsinə yardım edilməsini və kompleks izləməni əhatə edir. Yük növlərinin diapazonu çox genişdir: AsstrA, həmçinin öz Müştərilərinə ADR-yüklərin daşınmasını təklif edir.

Alan Tertsi əlavə edir: “Ekzotik ticarət istiqamətləri üzrə daşınan yüklərin növləri ilə bağlı məhdudiyyətlər yoxdur. Bu, ehtiyat hissələrindən tutmuş un və kağızadək hər şey ola bilər. Biz bu yaxınlarda əsas Müştəri üçün bir neçə Afrika ölkəsinə ehtiyat hissələri daşıdıq. AsstrA bütün sahələrə xidmət göstərməyə hazırdır”.

Asiya ölkələrinə, Avstraliyaya, ABŞ və Afrikaya aviadaşımalar digər istiqamətlər üzrə nəqldən fərqlənir. Alan Tertsi qeyd edir: “Aviaşirkətlərin tələb etdikləri sənədlərin böyük həcmi bu ticarət istiqamətləri üzrə daşımalarda norma sayılır, buna görə də bütün mümkün səhvlərin qarşısını almaq üçün Müştəri ilə sinxron işləmək çox önəmlidir”.

AsstrA-nın İtaliyadakı filialının rəhbəri Lyubov Zaxarova vurğulayır: “Bütün Asiya ölkələrinə, Avstraliyaya, ABŞ və Afrikaya aviadaşımalar əsas təkliflərimizdən biridir. Biz bu xidməti ötən il əlavə etmişik və artıq Müştərilər tərəfindən əhəmiyyətli dərəcədə tələbat müşahidə edirik. Komandamız aviadaşımalar servisini təkmilləşdirmək və nəqlin həcmini artırmaq niyyətindədir.Gələcəkdə mövcud IATA Rusiya statusumuza əlavə olaraq İtaliyada IATA assosiasiyasına üzv olmağı da istərdik. Bununla da, AsstrA aviaşirkətlərlə birbaşa işləyəcək ki, bu da Müştərilərə biznesdə yeni perspektivlər təklif etməyə imkan verəcək”.

AsstrA-Associated Traffic AG nəqliyyat-logistika xidmətlərinin beynəlxalq tədarükçüsü tezkorlanan və təhlükəli yüklər daxil olmaqla, malların geniş spektrininin qlobal aviadaşımalarını təklif edir. Vaxtında çatdırma, coğrafi əhatənin geniş olması və fırıldaqçılığın minimum riski sayəsində yüklərin hava nəqliyyatı ilə çatdırılmasına AsstrA-nın müştəriləri arasında həmişə tələbat olur. Şirkət razılaşdırılmış müddətə və istiqamətlərə ciddi uyğun olaraq yükün çatdırılmasını təşkil etməklə öz Müştərilərinə aviadaşımaların bütün üstünlüklərindən istifadə etməyə kömək edir. Beynəlxalq aviaşirkətlərlə sıx əməkdaşlıq sayəsində AsstrA çevik qiymət siyasətini təqdim edir və yüksək keyfiyyətli xidmətin göstərilməsini təmin edir.

“AsstrA-A ssociated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq şirkətlər qrupudur. Logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 18 ölkəsində təmsil olunub.

AsstrA müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal- ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən xidmətlərin tam kompleksini təqdim edir.

AsstrA ofislərin geniş təmsilçiliyi və peşəkarlarla əməkdaşlıq sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, eləcə də hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır.

AsstrA Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (BADA) üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]