Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
03:52
330

17
Avq
03:52



Astarada boks üzrə Avropa çempionu ilə görüş

Avqustun 16-da Astara Rayon İcra Hakimiyyətində Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyinin qalibi olmuş rayonun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Məhəmmədəli Qasımzadə ilə görüş keçirilib.

XeberOxu.az xəbər verir ki,  AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan millisinin tərkibində çıxış edən Məhəmmədəli Qasımzadə 35 ölkə idmançılarının iştirakı ilə yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyində 43 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən bu mötəbər beynəlxalq turnirdə əzmkarlıq göstərərək qalib gələn Məhəmmədəli Qasımzadənin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağı ucaldılıb.

Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə boksçunu və onun məşqçisi Nurlan Məmmədovu qazanılan böyük uğur münasibətilə təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Azərbaycanda, o cümlədən Astarada idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan Q.Ağayev idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Sonda Avropa çempionu Məhəmmədəli Qasımzadəyə və onun məşqçisi Nurlan Məmmədova rayon icra hakimiyyətinin fəxri-fərmanı və pul mükafatı təqdim olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az