Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
18:35
1191

05
Iyun
18:35



Astarada mağazadan 6700 manatlıq oğurluq edən şəxslər saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefon mağazasından 6700 manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xeberoxu.az-a verilən məlumata görə, Astara şəhər sakini E.Əhmədov DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək gecə saatlarında ona məxsus mağazadan dəyəri 4700 manat olan 15 ədəd mobil telefon, 1700 manat dəyərində danışıq kartları və 300 manat pulun oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər - Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Oğurlanmış mobil telefonlar, danışıq kartları və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb.

Hazırda onların digər analoji faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinatə işinin istintaqı davam etdirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az