22 Fev 2021
11:30
![]() |
22
Fev 11:30
![]() Astarada sərxoş avtoxuliqan həbs edildi Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara sakini Dəyanət Nəcəfzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan D.Nəcəfzadə saxlanılaraq rayon polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə həmin şəxs 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|