25 Iyul
2020
01:19
8450
25
Iyul
01:19



Avrokomissiya Latviyaya COVID-19 böhranının fəsadlarının azaldılması üçün maliyyə vəsaiti ayıracaq

Avropa Komissiyası COVID-19 pandemiyasının nəticələrinin azaldılmasına yönəldilmiş layihələr çərçivəsində Latviyaya təxminən 400 milyon avro məbləğində vəsait ayırmaq planını təsdiq edib.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC Latviyanın Maliyyə Nazirliyindən “LETA” agentliyinə verilən məlumata istinadla xəbər verir ki, Latviya 500 milyon avronun bölüşdürülməsi ilə bağlı təklifləri Avropa Komissiyası tərəfindən təsdiqlənməsi üçün təqdim etsə də, hələlik 386 milyon avronun bölüşdürülməsi üçün qərarlar təsdiqlənib, qalan 109 milyon avronun nəqliyyat sahəsinin konkret obyektləri üzrə bölüşdürülməsi hələ Avrokomissiya ilə müzakirə olunacaq.

Avropa Komissiyasının təsdiq etdiyi düzəlişlər Avropa İttifaqının 386 milyon avro məbləğində maliyyə dəstəyini iqtisadi bərpa tədbirlərinə − qısa zaman ərzində həyata keçirilməsi mümkün olan layihələrə yönəltməyi nəzərdə tutur.

Maliyyə Nazirliyindən bildirilib ki, vəsait ilk növbədə, yoluxucu xəstəliklər və psixiatriya sahəsində potensialın möhkəmləndirilməsinə, təcili yatırımların təmin edilməsi məqsədilə səhiyyə sisteminin gücləndirilməsinə ayrılacaq.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.