AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



24 May
2019
04:00
339



“Atəşgah”dan ətraf mühitin qorunmasına yönəlmiş növbəti addım

“Atəşgah” Sığorta Şirkəti son günlər trendə çevrilən, ətraf mühitin qorunması və "daha təmiz dünya yaratmaq" üçün həyata keçirilən önəmli sosial layihənin bir hissəsi oldu.

Şirkətdən Xeberoxu.az-a verilən məlumata görə sosial şəbəkələrdə “TrashTag” həştəqi ilə məşhurlaşan layihə çərçivəsində insanlar dünyanın müxtəlif yerlərində parkları, yolları və çimərlikləri təmizləyərək ərazinin əvvəl və sonrakı şəkillərini paylaşırlar.

Ekoloji sabitliyin qorunması, ekoloji təmiz dünya yaratmağın hər zaman tərəfdarı olan "Atəşgah"lılar öz növbəsində bu layihəyə qoşularaq sağlam təşviqat kampaniyasının ölkəmizdə də davam etdirilməsini dəstəkləyib. Şirkətin 9 əməkdaşı Dübəndi çimərliyində yerləşən ərazini plastik qab və polietilen paketlərdən təmizləyərək ümumilikdə ərazidən 20 kisə zibil toplayıb.

Daha öncə bir çox sosial layihələr həyata keçirən “Atəşgah” SŞ “TrashTag” kampaniyasına dəstək verməklə insanları ətraf mühitə qarşı daha diqqətli olmağa çağırır.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az