AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



24 May
2019
11:25
435



Böyük Britaniya ilə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, iclasda çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Böyük Britaniya iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın belə istiqamətlərdən olduğunu qeyd edib.

KOBİA sədri vurğulayıb: “Ölkələrimiz arasında ticarət strukturunun zənginləşdirilməsi və bunun qeyri-neft sektoru üzrə məhsullar hesabına reallaşdırılması məqsədəuyğun olardı. Hər iki ölkədə mövcud sərmayə və ticarət imkanlarının araşdırılması, qarşılıqlı investisiya qoyuluşlarının, ticarət və biznes əlaqələrinin təşviqi və genişləndirilməsi məqsədilə biznes forum, sərgi kimi birgə tədbirlərin təşkili, ixrac qabiliyyətli məhsullara dair məlumat mübadiləsi əhəmiyyətlidir. Bununla yanaşı, texnologiyaların mübadiləsi, birgə innovativ layihələrin həyata keçirilməsi hər iki ölkənin kiçik və orta sahibkarlıq subyektləri üçün maraqlı ola bilər”.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Böyük Britaniyanın Biznes, Energetika və Sənaye Strategiyası Departamenti, Ticarət və Sənaye Məsələləri Nazirliyinin tabeliyində İxrac Kreditlərinə Zəmanət Departamentində görüşlər keçirib. Bu görüşlərdə kiçik və orta sahibkarlıq sahəsində mümkün ikitərəfli əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az