AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



25 May
2019
07:30
504



Unibank filialları şənbə günü də müştərilərin xidmətində olacaq

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın operativ icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində fəaliyətini davam etdirir. Müştərilərin kompensasiyalarını rahat və sürətli şəkildə alması üçün bu şənbə (25 may tarixində) Unibankın Abşeron və region filialları səhər saat 10.00-dan 14.00-dək işləyəcək.

Unibankdan Xeberoxu.az-a verilən məlumata görə, prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi davam etdirilir.

İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.

Kompensasiya hesablanmış şəxslər siyahısında olan və indiyədək kompensasiya məbləğini götürməyən Unibank müştəriləri, şənbə günü saat 14.00-dək bank filialına yaxınlaşıb, ona hesablanan vəsaiti rahat şəkildə əldə edə bilər.

Unibank - hər kəsin bankı!

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az