AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



25 May
2019
09:00
504



Mədəni turizmdə klasterləşməyə dair dəyirmi masa keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş dəyirmi masada sahibkarlar turizm sahəsində klasterləşmə, “KOB klaster” anlayışı, Vergi Məcəlləsində “KOB klaster”lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb.

KOBİA-dan XeberOxu.Az-a verilən məlumata görə, turizm sahəsində çalışan sahibkarların və bu sektorda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin, eləcə də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir “Mədəni turizmdə klasterləşmənin səmərəliliyinin artırılması” mövzusuna həsr olunub.

Dəyirmi masada mədəni turizm, turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyinin yüksəldilməsi kimi məsələlər müzakirə edilib, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə KOBİA-nın nümayəndələri tərəfindən məlumat verilib ki, “Kiçik və Orta Biznes klasteri” (“KOB klaster”) eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan əməkdaşlıq modelidir. Vergi Məcəlləsində “KOB klaster”lər üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. “KOB klasterin iştirakçısı” isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur.

Məlumat verilib ki, KOBİA “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Hazırda “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edəcək müvafiq sənəd və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” hazırlanır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az