AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



25 May
2019
18:28
552



Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Xeberoxu.az-ın məlumataına görə, məqsəd Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.6-cı bəndinə uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından effektiv istifadə məsələlərinin müzakirə edilməsi olub.

Görüşdə qeyri-formal məşğul əhalinin formal məşğulluğa keçidində icbari tibbi sığortanın rolu və əhəmiyyətindən bəhs olunub. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübədən istifadə edilməklə qanunvericilik aktlarına dəyişikliklər layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin rəhbəri Elnur Süleymanov ölkədə qeyri-formal məşğulluqla mübarizə ilə bağlı görülmüş işlərin müsbət nəticələrini qeyd edib.

O, 2020-ci ildən respublikada tətbiq ediləcək icbari tibbi sığortanın formal məşğulluğun təşviqində mühüm rol oynayacağını bildirib. Aparılan uğurlu siyasət və islahatlar nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının mütəmadi artdığını vurğulayan E.Süleymanov icbari tibbi sığortanın tətbiqinin də bu artıma öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb.

Agentliyin nümayəndələri qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə məqsədilə görüləcək tədbirlərin effektli təşkili baxımından iki qurum arasında fəal əməkdaşlığın önəmini qeyd ediblər.

Hər iki qurumun elektron informasiya sistemlərinin inteqrasiya edilməsi üzrə işlərin aparıldığı da bildirilib.

Görüşdə qeyri-formal məşğulluqla mübarizədə birgə tədbirlərin görülməsinə, o cümlədən qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən daha səmərəli istifadə edilməsi ilə bağlı qarşılıqlı məlumat mübadiləsinin aparılmasına dair razılıq ifadə edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?







Bakıda bir gecədə iki qadını maşın vurdu







XİN: Ermənistan rəhbərliyi öz hərəkətlərinin izahını verə biləcəkmi?







Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az