Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



29 Iyul
2020
03:00
12091
29
Iyul
03:00



Avropada satılan Audi SQ7 və SQ8 modelləri benzin mühərrikinə sahıb olublar

Bildiyimiz kimi, Avropada Audi SQ7 və SQ8 modelləri mürəkkəb və bahalı turbodizel olan 4,0-litrlik TDI mühərriki ilə təchiz edilir. İki turbokompressora, elektrik üfürməsinə və yardımçı startyor-generatora malik olan dizel aqreqat 435 at qüvvəsi və 900 Nm fırlanma anı təklif edir.

Audi şirkəti, Avropa bazarında satılan SQ7 və SQ8 krossoverlərini benzin mühərriki ilə təchiz edəcəkdir. Audi SQ7 və SQ8 modellərinin kapotu altındakı 4,0 TFSI V8 mühərriki 507 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. Məlumdur ki, Audi RS Q8 modelinin kapotunun altında quraşdırılmış eyni mühərrik 600 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edir. Hətta, Lamborghini Urus modelində bu aqreqat 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, krossoverlər dizel versiyasında olduğu kimi 8-pilləli "avtomat" və qeyri-simmetrik  Torsen differensialı olan Quattro (40:60 nisbətində arxa oxun xeyrinə) tam ötürməsi ilə təchiz edilirlər. Tam idarələnən şassi Amerikada satılan krossoverlərin baza təchizatına daxil edilsə də, aktiv stabilizatorlar və idarələnən arxa differensial üçün əlavə ödəniş etməli olacaqsınız.

Məlum məsələdir ki, benzin krossoverlər dizellərdən daha dinamikdirlər: 100 km/saat) həddinə sürətlənməyə benzin variantlar 4,1 saniyə sərf edirlər. Avropada satılan "qaynar" dizelllər isə 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənirlər. Krossoverlərin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.

Mühərrikinin qənaətcilliyini artırmaq üçün, onu aşağı yükləmələrdə silindrlərin yarısının söndürülməsi sistemi ilə təchiz ediblər. Ayrıca, benzin krossoverlərinin avadanlıq siyahısına adaptiv pnevmatik asqı, tam idarəolunan şassi və aktiv elektromexaniki stabilizatorlar daxil edilibdir.

Benzin mühərriki ilə təchiz edilmiş Audi SQ7 və SQ8 krossoverlərinin Avropada satışlarına payızda başlanacaqdır. Qiymətlər artıq məlumdur: Almaniyada krossoverlər müvafiq olaraq 93.3 və 101.1 min avrodan başlayan qiymətlərlə satılacaqdırlar.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.