30 Iyun
2020
07:53
1195

30
Iyun
07:53



Avstriya hökuməti elektrik avtomobili alanlar üçün subsidiyaları artırıb

Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada ən çox zərər görən sahələrdən biri də avtomobil satışı sektorudur.

XeberOxu.Az-ın məlumatına görə,  hökumət avtomobil satışını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlər görməyə hazırlaşır. Ekologiya naziri Leonore Qevessler bildirib ki, böhrandan çıxmağa çalışan hökumət ilk növbədə innovativ və “yaşıl” texnologiyalara üstünlük verməyə çalışır. Ona görə də, idxal edilən hər bir elektrik mühərrikli avtomobil üçün dövlət subsidiyalarının həcmi 3 min avrodan 5 min avroya artırılıb. Nazirin sözlərinə görə, bununla da hökumət koalisiya proqramında nəzərdə tutulan hədəflərdən biri olan elektromobilliyin dəstəklənməsinə öz töhfəsini verir.

Nazir, həmçinin bildirib ki, subsidiyalar təkcə avtomobillərə deyil, eyni zamanda, elektrik mühərrikli motosikl və mopedlərə də şamil olunacaq. Eyni zamanda, fərdi elektrikdoldurma stansiyaları üçün indiyədək dövlətin ayırdığı 200 avro məbləğində subsidiya yaxın gələcəkdə 600 avroya yüksəldiləcək. Bildirilib ki, hökumət 2019-2020-ci illər üzrə elektromobilliyin dəstəklənməsi proqramına ümumilikdə 93 milyon avro vəsait sərf edəcək.

Avstriya Avtomobil İdxalçıları Birliyinin rəhbəri Qünter Kerle hökumətin bu addımını alqışlayaraq gələcəyə və “təmiz” mobilliyə yatırılan sərmayəni müsbət siqnal kimi dəyərləndirib. Bununla belə, o, COVID-19 böhranının rəhbəri olduğu iqtisadi sektorda ağır izlər buraxdığını və hökuməti avtomobil satışı sektoruna diqqəti artırmağa çağırıb.

 


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.