XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



16 Avq
2022
18:42
472
16
Avq
18:42



Prokurorluq 24 il əvvəl güllələnən şəxsin iddialarına cavab verib

Baş Prokurorluq bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini İbadov Qərib Əliəkbər oğlunun ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslər məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Xeberoxu.Az-ın daxil olan məlumatda bildirilib ki, 07 fevral 1998-ci il tarixdə ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb: "Qərib İbadovun təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istinaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyən edilməsi mümkün olmayıb. Odur ki, qeyd edilən iş üzrə hər hansı şəxsin şübhəli şəxs qismində saxlanılması və ya ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilməyib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.