Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
23:39
831

03
Okt
23:39



Ayanın göz yaşlarının səbəbi bəlli oldu - YENİLƏNİB

Buradakı iştirakçılar mənə dedi ki, qruplaşma oyun başlamazdan öncə çöldə qurulub. Ayanın qruplaşması şouda ikili oyun oynayır.

Bu sözləri Aqşin Fateh “Maskarad”ın gedişatında dilə gətirib. Söz ustadının bu çıxışından sonra cin atına minən Ayan özünü müdafiə etməyə başlayıb. Bu anda isə Aqşin "Ayan xanım, mən danışanda, siz danışmayın" cümləsi ilə qarşı tərəfin sərt reaksiyasına səbəb olub.

Ayan Babakişiyeva hiddətlənərək, Aqşinin ona qarşı irəli sürdüyü ittihamları bu cür şərh edib:

“Siz ciddi insan deyilsiniz. Efir başlayan kimi başqa cür oyun aparırsınız”.

Aqşinin ciddi olmadığını dönə-dönə bar-bar bağıran Ayan söz ustadını dillənməyə məcbur edib: 

“Mən sizə ciddi olduğumu göstərərəm”.

Aqşinin iştirakçıların paxırlarını açanda, atdığı daha bir ox bu dəfə müğənni Niyam Salamiyə dəyib. Bundan sonra Ayan-Aqşin qalmaqalına müğənni Niyam Səlami qoşulub. Niyam isə öz növbəsində şouda baş verənləri bu cür qiymətləndirib :

“Əslində heç kəs göründüyü kimi deyil. Aqşin də burada heç bir rol oynamır. Qruplaşmanın başında duran ikinci adamın özü elə Aqşindir”.

23:16

Müğənni Ayan Babakişiyevanın oyundakı göz yaşlarının səbəbi bəlli olub.

Belə ki, Fuad Musayevlə Aqşin Fatehin Ayanı qaralayaraq, onu ittiham etmələri Babakişiyevanı göz yaşlarına boğub.

Məsələ ondadır ki, Fuad Ayanın keçmiş əri Füzuli Musayevin qardaşı oğludur.

23:03

Şouda Ayan Babakişiyevə ilə Aqşin Fateh arasında qalmaqal yaşanıb.

Ayanın “qruplaşma əgər varsa, onun başında Aqşin durur” sözləri qarşı tərəfi özündən çıxarıb.

Aqşin Ayanın oyundan çıxmasını açıq şəkildə etiraf edib: 

“Fuad bəyin 44 yaşı var. Onu heç kim idarə edə bilməz. Mən də açıq deyirəm ki, Ayanın buradan çıxmağını istəyirəm.

Fuad bəy sizi çox gözəl tanıyır. Siz Fuadı qınayırsınız ki, o sözdə başqa şey deyir, əməldə isə başqa cür hərəkət edir. O sadəcə abırına qısılıb çox danışmır”.

Bu sözlərdən sonra Ayan Babakişiyeva göz yaşlarına hakim ola bilməyib. Gözüyaşlı Ayan xanımlara müraciət edərək Fuadın “getməsinə” səs vermələrini xahiş edib: 

“Üç ildir ki mən Azərbaycanı tərk etmişəm. Hamı da bilir hansı səbəblərə görə. Mən mübarizəyə hazıram və güclü xanımlardan səs istəyirəm. Fuad səhv edir. Fuad düşünür ki, düz hərəkət edir, amma səhvdir”.

22:40

Mən bura gələn gündən, Ayan dillərdən düşmür. Sanki Ayan mafiya üzvüdür.

Bu sözləri müğənni Ayan Babakişiyeva mikrofon önünə keçərək dilə gətirib. O, Fuadın bugünkü seçiminin qərəzli olduğunu söyləyib: 

“Veriliş başlar-başlamaz deyirsən ki, mən evimi qarət edən xanımı anasının göz yaşlarına görə bağışlayıram. Bu sözlərdən sonra isə oyundan xanım iştirakçının adını çəkərək, özünə qurban seçirsən. Bir sözlə, öncə dediyinlə sonrakı əməlin üst-üstə düşmür. Biz ikimiz də gəncəliyik, yəni yerliyik".

Fuad isə Ayanın bu çıxışı ilə razılaşmayıb, məsələləri qarışdırdığını və bir-birinə aidiyyəti belə olmadığını vurğulayıb.

Hazırda “Maskarad”da Fuad Musayev ilə Ayan Babakişiyevanın avtomobil uğrunda mübarizəsi davam edir.

 

22:22

MGP-nin təşkilatçılığı ilə ərsəyə gələn “Maşın” realiti şounun “Maskarad” adlı sürətinin ikinci oyun günü başlayıb.

Xeberoxu.Az xəbər verir ki, 17 məşhurun yer aldığı şouda daha bir qızğın və mübarizə dolu gecəyə start verilib. Bu dəfə isə 9 məşhur Fuad Musayevi səsverməyə çıxarıblar. Fuad tribunaya çıxaraq deyib:

“Burada bu gündən etibarən kişi-qadın məsələsi yığışdırılır. Yəni şounu bu gün ya bəy, ya da ki xanım iştirakçı tərk edəcək. Mən açıq oyun oynamaq istəyirəm, hədəfim də Ayan Babakişiyevadır. Ayan qruplaşmanın başında durur”.

Babakişiyeva isə Musayevin ona qarşı irəli sürdüyü ittihamları bu cür cavablandırıb : "Ağlıma da gəlməzdi ki, bu gün mənim adım çəkiləcək. Düşünürdüm ki, onun üçün ən son pillədə ola bilərəm. O ki qaldı qruplaşmağa, burada qruplaşmanın başında Aqşin Fateh durur, mən yox".

Bununla bərabər, Musayev öz çıxışında bir neçə gün öncə evini qarət edərək ona 18 min manat ziyan vuran qonşu qızı yada salaraq bildirib: 

“Onun anasının göz yaşlarına görə, mən həmin qızı bağlayıram”.

Nəzərizə çatdıraq ki, Fuad Musayev o məşhurlardandır ki, “Maşın” şouda ilk dəfə oyunçu qismində iştirak edir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az