27 Iyul
2020
17:44
56835
27
Iyul
17:44



Aybəniz Haşımovadan qızının erməni oğlanla çəkilən fotosu haqqında AÇIQLAMA
"Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Mən hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır".
XeberOxu.Az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımovan sosial şəbəkə hesabında yazıb. O qızı Aynişanın erməni ilə fotosunun yayılması haqqında gedən xəbərlərə belə reaksiya verib:
"Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir. Bu 10 ildir davam edir. Lakin, XX əsrin əvvəllərində doğma dədələri ermənilər tərəfindən soyqrıma məruz qalmış, daha sonra həyat yoldaşı Vətən uğrunda şəhid olan Aybəniz Haşımova susa bilməz. Aybəniz Haşımova bacardığı hər formada erməniləri ifşa etməyə çalışır. Dünyanın müxtəlif ölkələrində öz imkanları hesabına Xocalı soyqırımını tanıtma tədbirlərinə, erməniləri ifşa aksiyalarına qatılır. Çıxış edir, musiqinin dili ilə erməni vəhşiliklərini, Qarabağda yaşanan dəhşətləri anlatmağa çalışır.
Bildirmək istəyirəm ki, bu foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib. Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır...
Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında baş verib. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb.
Bu məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır".
Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.