Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



30 Sen
2020
16:20
5346
30
Sen
16:20



Aydın Quliyev: Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına sarsıdıcı zərbə oldu

Prezident İlham Əliyevin Rossiya-1 kanalına əslində həcmcə o qədər də böyük olmayan müsahibəsi həm Paşinyan hakimiyyətinin 27 sentyabr təxribatlarının, həm də bütünlüklə Ermənistanın münaqişə ilə bağlı diplomatiyasının dolğun ifşasına yönəlik unikal nümunədir. Azərbaycana və onun sadiq müttəfiqi Türkiyə əleyhinə son günlər xüsusilə intensiv şəkil almış yalan və böhtanlar məntiq, dərin təhlil və dəqiq faktlarla alt-üst edildi.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti münaqişənin indiki durumu barədə doğru və inandırıcı təhlillər əsasında hazırda Ağdərə-Füzuli xətti üzrə yenilməz iradə ilə döyüşən ordumuzun əldə etdiyi qələbələri qəti şəkildə qanuniləşdirdi: "Bu çıxışa diqqətlə qulaq asan hər kəsdə əminlik hasil oldu ki, Azərbaycan mübahisəsiz haqq yoldadır, öz ata-baba torpaqlarını 30 illik erməni işğalından azad etmək kimi müqəddəs hərbi vəzifəni icra edir. Prezident çoxmilyonlu Rusiya və rusdilli dünya auditoriyası üçün vacib və maraqlı olan bir neçə məsələyə elə dəqiq və sərrast izah verdi ki, ondan sonra müsahibə verən baş nazir Paşinyanın dediklərinin yalan olduğunu elə yerindəcə görməyə hər kəsin imkanı yarandı.

27 sentyabr təxribatları başlayandan indiyə qədər Ermənistanın dövlət təblığatı dünyanı əsasən iki istiqamətdə yanlış yola salmağa çalışır. 27 sentyabr təxribatlarının guya Azərbaycan tərəfindən törədilməsi və guya Türkiyənin hazırda gedən döyüşlərin fəal iştirakçısı olması kimi yalanları dünyaya yaymaq və qəbul etdirmək Ermənistanın əsas hədəfləridir. Rossiya -1 televiziyasına müsahibəsində Azərbaycan prezidentinin ən parlaq qələbəsi Ermənistanın dövlət təbliğatının iki əsas təxribatçı yalanını dünyanın gözləri qarçısında puç etmək oldu. Prezident İlham Əliyev Ermənistanın 27 sentyabr təxribatına qədərki təkcə iki aylıq siyasətini elə izah etdi ki, təxribatların məhz Ermənistan tərəfindən törədildiyinə və bunun məhz Ermənistana lazım olduğuna kimsənin şübhəsi qalmadı.Ermənistanın danışıqlar formatını dəyişmək səyləri, "Qarabağ Ermənistandır"deyərək danışıqları mənasız bir şeyə çevirməsi, 12 iyulda Dağlıq Qarabağdan coğrafi olaraq uzaqda yerləşən Tovuza hücum etməsi, 23 avqustda məhz sivil vətəndaşları və azərbaycanlı əskərləri öldürmək üçün kəşfiyyat-diversiya qrupu göndərməsi, bir çöpündə belə erməni izi olmayan tarixi Şuşa şöhərimizdə inaqurasiya keçirməsi Ermənistanın həqiqətən Prezident İlham Əliyevin dediyi kimi aylar öncədən 27 sentyabr təxribatlarına hazırlaşdığını sübut edir. Bu təxribatla Paşinyanın hansı məqsədlər güddüyünə dair Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına ümumən sarsıdıcı zərbə oldu. Prezident İlham Əliyev Paşinyanın son təxribatları Azərbaycanın üstünə atmaqla sülh prosesini birdəfəlik pozmaq texnologiyasının mahiyyətini klassik şəkildə izah etdi. Dünya gördü ki, Paşinyan həqiqətən üçüncü-dördüncü tərəfləri də münaqişəyə cəlb etməklə danışıqları ümumən bərpaolunmaz bir hala gətirmək istəyir".

Baş redaktor deyib ki, Türkiyənin münaqişədə heç bir iştirakının olmadığı və F-16 məsələsinin sadəcə "nağıl" olduğu barədə Prezident İlham Əliyevin dedikləri Ermənistanda yəqin ki, hamını fakt qarşısında qoydu: "Əvvəla, Azərbaycan Prezidenti qardaş Türkiyənin Qafqazdakı siyasətinin həqiqi əsaslarını rüsdilli auditoriya qarşısında elə müdafiə etdi ki, Türkiyənin beynəlxalq hüquqa, ədalətə və Azərbaycanla müttəfiqlik prinsipinə sadiqliyinə rəğbət daha da artdı.İkinci, Paşinyanın "F-16"uydurmasının arxasındakı məkrli niyyət də ifşa edildi.Ilham Əliyev dolğun izah etdi ki, Pasinyanın "F-16"uydurması həm Azərbaycanın müzəffər ordusunu zəif göstərmək, həm də guya Türkiyənin artıq regional hərbi oyunçuya çevrildiyini göstərməkdir.

Azərbaycan Prezidenti yaranmış ağır durumdan çıxmaq yolları barədə öz aydın və perspektivli baxışları ilə də Ermənistan rəhbərini "piyada" vəziyyətinə saldı. Kifayətdir ki, hər iki ölkə rəhbərinin "çıxış yolu "barədə izahlarını yenidən müqayisə edəsən. Paşinyan Osmanlı dövründə olmayan "erməni genosidi" nağılını yersiz xatırlamaq və "Azərbaycan sülh yoluna altetnativin olmadığını deməlidir" kimi indiki priseslərə heç bir təsiri olmayan "yol" göstərdi. Azərbaycan prezidenti isə Ermənistanın işğal etdiyi torpaqlardan şərtsiz çıxmalı olduğu barədə real və davamlı sülh üçün möhkəm əsas olan yolu göstərdi. Fərqin böyüklüyünə söz ola bilməz".

Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin izahları Paşinyanı növbəti dəfə özünü pis və ikiüzlü vəziyyətə salan danışıq leksikonuna vadar etdi: "Belə ki, həmişə lovğa şəkildə "Arsax" , "Dağlıq Qarabağ Respublikası" kimi heç kimin tanımadığı adları işlədən Paşinyan Rossiya-1 televiziyasında bir neçə dəfə ancaq Dağlıq Qarabağ ifadəsi işlətdi və bundan uzağa gedə bilmədi.Onun "Arsax" adını telemüsahibədə çəkə bilməmək cəsarətsizliyi Ermənistanın özündə ona qarşı çox ciddi yeni ittihamlara əsaslar yaradacaq.

Prezident İlham Əliyev Rossiya-1 televiziyasına müsahibə ilə Ermənistanın diplomatiya və müharibə meydanından başqa həm də informasiya müharibəsində uduzduğunu tam əsaslandıra bildi".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov







Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər







Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir







Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.