Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
13:53
1525
16
Sen
13:53



AzMİU-da memarlıq ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə (I qrup) qabiliyyət imtahanı başlayıb.

AzMİU-dan XeberOxu.Az-a  verilən məlumata görə, imtahanın ilk günündə 55 nəfər abituriyent qeydiyyatdan keçib. Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin məsul nümayəndələri Səbinə Vəliyeva, Fatimə Məmmədova, Fərəh Aslanova, eləcə də universitetin Memarlıq fakültəsinin müəllimləri nəzarət edir.

Universitetin İdman zalında təşkil olunan imtahan prosesində tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. Binaya daxil olan abituriyentlərin əvvəlcə elektron termometrlə bədən hərarətləri ölçülüb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra maska taxaraq imtahan zalına buraxılıblar. Zalda iştirakçılar sosial məsafə gözlənilməklə 10 nəfərlik qruplar şəklində yerləşiblər. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə 4 saat vaxt verilib.

Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 229 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası yaradılıb. Onu da qeyd edək ki, abituriyentlərin tapşırıqları memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaq­larının üzvləri və DİM-in əmək­daşları tərəfindən qiymətləndiriləcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.