Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
17:20
834

17
Iyul
17:20



AzMİU-nun tələbələri SOCAR-ın təqaüdünü, NORM Sementin isə təcrübə proqramını qazanıblar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 tələbəsi SOCAR-ın “təqaüdçüsü”, 4 tələbəsi isə NORM Sement-in “təcrübəçisi” seçilib.

XeberOxu.az-ın məlumatına görə, tədris ilinin II semestrində AzMİU-nun əməkdaşlıq etdiyi ölkənin aparıcı şirkətlərindən olan SOCAR və NORM Sement Azərbaycan universitetlərinin 2, 3, 4-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri üçün daxili təqaüd proqramı və ödənişli yay təcrübə proqramı elan edib.

AzMİU-nun tələbələri həmin proqramlara qatılıb, onlardan 5-i imtahan və müsahibələr nəticəsində uğur qazanıb. Universitetin SABAH qruplarının tələbəsi Rəhiməxanım Kazımlı 2018-2019-cu tədris ili üzrə həyata keçirilmiş SOCAR-ın Daxili Təqaüd Proqramına seçilən tələbələrdən olub. Qeyd edək ki, bir semestrlik nəzərdə tutulmuş təqaüdün hamısı SOCAR-da keçiriləcək mükafatlandırma mərasimində tələbəmizə təqdim olunacaq. NORM Sement-in də 2019-cu il üçün elan etdiyi ödənişli “Yay təcrübə proqramı” üzrə universitetin 4 tələbəsi - Mənsur İsmayılov (İnşaat mühəndisliyi), İnci Musayeva (İnşaat mühəndisliyi), Nurlan Qurbanov (Tikinti materialları), Ramin Qənbərli (Tikinti materialları) şirkətdə təcrübə keçmək imkanı qazanıb.

Məlumat üçün bildirək ki, tələbələrin elmi-texniki biliklərinin artırılması və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan “Yay təcrübə proqramı” onlara universitetdə öyrəndikləri nəzəri bilikləri tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradacaq. Həmçinin seçilən tələbələr nahar və nəqliyyat xidmətindən yararlanacaq və təcrübəçilərə NORM Sement şirkəti tərəfindən proqram müddəti ərzində ödəniş ediləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az