31 Iyul
2020
12:31
5208
31
Iyul
12:31



AzMİU tələbəsinin startapı ölkə səsverməsində 1-ci yerə layiq görülüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi Solmaz Fətullayeva British Council şirkətinin keçirdiyi 2020-ci ilin ən böyük video təqdimat müsabiqəsinin qalibi olub. Creative Spark Big Idea beynəlxalq yarışmasında S.Fətullayevanın “Road Buddy” adlı biznes ideyası ölkə səsverməsində 1-ci yerə layiq görülüb. Onlayn keçirilən yarışmada ölkəmizlə yanaşı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ermənistan və Ukraynadan da gənclər iştirak edib.

AzMİU tələbəsinin Road Buddy adlı start-up ideyasının əsas məqsədi gözdən əngəlli şəxslərin yollarda asanlıqla hərəkət etməsinə yardımçı olmaqdır. Kiçik cihaz və mobil tətbiqdən ibarət olan biznes ideya gözdən əlil, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu asanlıqla və təhlükəsiz tapmalarını təmin edir. Eyni zamanda bu cihaz turizm sektorunda da tətbiq oluna bilər. Hazırda mövcud bazarda bu layihənin oxşarı və yaxud da hər hansı bir rəqibi yoxdur. Bu halda asanlıqla demək olar ki, layihə dünyada milyonlarla gözdən əlil insanlar üçün ümid və işığa çevriləcək.

Məlumat üçün qeyd edək ki, sözügedən biznes yarışı minlərlə gəncə (18-35 yaş arası) biznes ideyaları və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Platforma, həmçinin, gənclərin işsizliyinin narahatlıq doğurduğu və Covid-19 pandemiyasının dünya iqtisadiyyatına zərbə vurduğu bir vaxtda onlara öz profillərini inkişaf etdirməsinə və karyera imkanlarını artırmasına dəstək göstərir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.