![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Avq 2022
13:52
![]() |
05
Avq 13:52
![]() Azad olunmuş ərazilərdə metal yığanlar həbs edilib Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və mina təhlükəsi olan ərazilərə qanunsuz daxil olaraq dəmir tullantıları yığan şəxslər həbs edilib. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, idarələrində olan avtomobillə Talış kəndi ərazisinə gizli yollarla daxil olaraq, orada metal tullantıları toplamağa cəhd göstərən şəxslər Tərtər RPŞ-nin əməkdaşları tərəfindən aşkar ediliblər. Həmin şəxslərə saxla işarəsi verilsə də onlar polisin qanuni tələbini yerinə yetirməkdən yayınaraq idarələrində olan avtomobillə qaçmağa cəhd göstəriblər. Keçirilmiş tədbirlərlə həmin şəxslər saxlanılıb. Araşdırmalarla onların Fəqan Mirzəyev və Əli Ağalarov olduğu müəyyən olunub. Adıçəkilən şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və qərara əsasən hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb
Ağcabədidə dələduzluq edən şəxs tutuldu
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA
|