Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
17:00
1570
15
Sen
17:00



Azərbaycan İlahiyyat İnstitutunda 15 sentyabr – Bilik Günü münasibətilə onlayn iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması ilə bağlı onlayn iclas keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan iclasda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.

Aİİ-dən XeberOxu.Az-a  bildirilib ki, iclasda çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib. Rektor yeni tədris ilinin Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin yeni qaydalarla başlanması haqqında danışıb.

Rektor yeni dərs ilinin distant formada təşkili, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunmasının təmin edilməsi barədə ətraflı məlumat verib.

Daha sonra Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mübariz Camalov çıxış edərək, yeni qaydalarla başlayacaq tədris ilinin təşkili qaydalarından bəhs edib. Yeni tədris ilində dərslərin Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, distant (məsafədən) “Microsoft Teams” platforması üzərindən keçiriləcəyini qeyd edən prorektor bu proqramın üstünlüklərindən danışaraq, tələbələrin dərslərdə fəal şəkildə iştirak etmələrini, proqramın üstünlüklərindən yararlanmağı tövsiyə edib.

İclas tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin tətbiqi qaydalarına uyğun olaraq, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə Aİİ-də 2020-2021-ci tədris ili 15 sentyabr 2020-ci il tarixdə bakalavriat və magistratura səviyyələrinin II və yuxarı kurs tələbələri üçün distant formada başlayıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.