# EVDƏQAL
# EVDƏQAL



15 May
2020
21:15
2455

15
May
21:15



Azərbaycan Ədəbiyyatı Muzeyinə “virtual açıq qapı” təşkil olunacaq

Mayın 18-də Beynəlxalq Muzeylər Günündə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə “virtual açıq qapı” təşkil olunacaq.

Akademiyadan XeberOxu.Az-a verilən məlumata görə, ölkəmizdə fəaliyyət göstərən muzeylər koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə təqdimatlar və tədbirlərlə qeyd edəcək.

Belə ki, Beynəlxalq Muzeylər Günündə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmək istəyən insanların marağını təmin etmək məqsədilə muzeyə “virtual açıq qapı” təşkil olunacaq. Bələdçilər tərəfindən virtual ziyarətçilərə muzeyin zalları, qiymətli eksponatları - əlyazmaları, arxeologiya nümunələri, miniatürləri, xalçaları, memarlıq abidələrinin maketləri, eləcə də ölkəmizin görkəmli ədəbi şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə məlumatlar veriləcək. Virtual tur Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində təqdim olunacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.