Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyun
2019
16:57
765

02
Iyun
16:57




Azərbaycan Aral dənizində geoloji kəşfiyyat işləri aparacaq

2019-cu il ərzində Aralda geoloji kəşfiyyat layihəsinin kommersiya komponenti üzrə danışıqlar mümkündür.

Bunu XeberOxu.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Özbəkistanda layihələr üzrə mayın 16-sı SOCAR, BP və "Özbəkneftqaz" SC arasında imzalanan razılaşmanın detalları haqqında danışarkən deyib.

İ.Əhmədov bildirib: "Sənəddə söhbət Özbəkistanın Ustyurt regionunun kəşfiyyat işləri üzrə potensialının qiymətləndirilməsindən gedir. Əldə olan materiallar öyrəniləcək və analiz ediləcək, əlavə materialların da alınacağı istisna edilmir. İl ərzində tərəflər arasında layihənin kommersiya komponenti üzrə danışıqlar başlaya bilər. Bu isə potensial geoloji kəşfiyyat işlərinin perspektivlərini qeyd etməyə imkan verəcək".

BP-dən Trend-ə bildiriblər ki, birgə tədqiqat üzrə razılaşma 4 ay müddətinə nəzərdə tutulub və daha əvvəl imzalanan memorandumun əsasında Özbəkistanda aparılan işlərin davamıdır.

Xatırladaq ki, "Özbəkneftqaz" SC, BP və SOCAR ötən ilin may ayında Özbəkistanın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasına və yataqların potensial işlənilməsinə hesablanan iki memorandum imzalayıblar.

Bundan əlavə, daha əvvəl "Özbəkneftqaz" SC SOCAR ilə strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Bu razılaşma özbəkistanlı mütəxəssislərin SOCAR-da hazırlanmasını, həmçinin "Özbəkneftqaz"ın Azərbaycanda şelfdə layihələrdə iştirakını nəzərdə tutur.

"Özbəkneftqaz"da əmindirlər ki, Azərbaycan və Britaniya şirkətlərinin cəlb edilməsi axtarışın effektivliyinin artırılması üçün qabaqcıl xarici texnologiyaları və metodları tətbiq etməyə imkan verəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az