Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
02:30
969

19
Sen
02:30



"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır - VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Bakı şəhərində yerləşənə filial və şöbələrinəİstehlak Kreditləri üzrə Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş mütəxəssisvakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri: 

Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək;

Kredit portfelini formalaşdırmaq və idarə etmək;

Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımların həyata keçirmək;

Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışların aparılmaq;

Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;

Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;

Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;

Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək. 

Vakant vəzifə üzrə tələblər:

Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.);

Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;

Azərbaycan dilində səlist danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir);

Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlükveriləcək.

Bu iş sizə nələri qazandıracaq:

Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;

İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;

Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;

Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30Sentyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində vəzifə adınıİstehlak Kreditləri üzrə namizədşəklində göstərin. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər VAKANSiYA xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az