Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
14:09
606

20
Iyun
14:09



Azərbaycan Ordusunda dini təbliğat qadağası ilə bağlı yayılan məlumatlara Komitədən RƏSMİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov orduda dini təbliğatın qadağan olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

XeberOxu.az-ın məlumatına görə, komitə sədrinin müavini bildirib ki, orduda hansısa dini baxımdan qadağanın olduğunu deyirlər: "Həmin insanlara bir cavabım var. Şuşada, Ağdamda məscid var idi. Bu gün həmin məscidlər fəaliyyət göstərmir, dağıdılıb və ya orada təhqiramiz şəkildə müsəlman inancına zidd olan heyvan saxlanılır. Bərdə, Tərtər, Kürdəmir, Şirvan, Bakıda məscidlər var, ermənilər təbii ki bu əraziləri tutmaq istəyərlər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan Silahlı Qüvvələrinin olmasıdır".

G.İsmayılov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri təkcə ərazi bütövlüyünü qorumur, eləcə də də Cənubi Qafqazda islam dininin qarantıdır:

"Onlar olmasa, məscidlərimiz, ibadət evlərimiz də Şuşa məscidinin aqibətini yaşaya bilər. İşğal altında olan alban kilsələri qriqoryanlaşdırıldığı kimi, digər yerlərdə olan məbədlər də buna məruz qala bilər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan əsgəridir. Azərbaycan əsgəri bu torpaqlarda dini tolerantlığın, multikultralizmin qarantıdır. Azərbaycan əsgərinə din adı altında hansısa ləkə yaxmaq böhtandır".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az