![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
31 Dek 2021
15:39
![]() |
31
Dek 15:39
![]() Azərbaycan Prezidenti Kubanın dövlət başçısını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək, BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Gəncədə narkotiki çəkib avtomobil idarə edən şəxs saxlanılıb
Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
Bakı-Qazax yolunda zəncirvari qəza olub: Ölən və yaralananlar var - YENİLƏNİB
|