Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
16:56
615

07
Iyun
16:56




Azərbaycan Prokurorluğunun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib -FOTO

Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə əməkdaşlığını uğurla davam etdirir.

Baş Prokurorluqdan Xeberoxu.az-a verilən məlumata görə, iyunun 3-dən 6-dək Minsk şəhərində Belarus Baş Prokurorluğu və BPA-nın birgə təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin qatıldığı “Cəmiyyətin qlobal rəqəmsallaşması dövründə prokurorların cinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığı” mövzusunda regional konfrans keçirilib.

Belarusun Baş prokuroru Aleksandr Konyukun dəvəti ilə tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi, Baş İdarənin rəis müavini Əli Nağıyev və Bakı şəhər prokuroru İlqar Abbasovdan ibarət nümayəndə heyəti təmsil edib.

Müasir dövrdə milli təhlükəsizliyə əsas təhdidlərdən birini təşkil edən terrorçuluğun təhlükəli təzahür formalarından olan kiber-terrorçuluqla mübarizə məsələlərinin müzakirəsinə həsr olunmuş Plenar iclasa həmsədrlik edən Kamran Əliyev Azərbaycanın cinayətkarlığın bu forması ilə mübarizə təcrübəsinə dair təqdimatla çıxış edərək ölkəmizin həmin sahədə formalaşdırdığı qanunvericilik və institusional baza, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə iştirakçılara geniş məlumat vermişdir. O, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsinə yönəlmiş genişmiqyaslı islahatlar, həmçinin korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırmışdır.

Azərbaycan nümayəndə heyəti Belarusun Baş prokuroru Aleksandr Konyuk tərəfindən qəbul edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

BPA-nın rəsmiləri, Çin, Estoniya, Polşa, Rusiya Federasiyası və digər ölkələrin nümayəndə heyətləri ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılmış, iştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.

Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov iştirak etmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvləri səfər çərçivəsində ölkəmizin Belarusdakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə təşkil olunmuş rəsmi ziyafətdə iştirak etmişlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az