Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 May
2019
21:48
552



Azərbaycan Rusiya və BƏƏ-yə tekstil ixrac edəcək

Bakı Tekstil fabrikinin məhsulu “Alpar” və “Banu” ticarət markaları ilə ixrac olunacaq.

Xeberoxu.az-a verilən məlumata görə,  Bunu Trend-ə fabrikin direktoru Səkinə Babayeva deyib.

Onun sözlərinə görə, bu, yalnız hazır tekstil məhsullarına aiddir:

“Biz hazır məhsulların xarici bazarlara tədarükünə başlamağı planlaşdırırıq. Çünki xaricdə Azərbaycan ticarət evlərində nümayiş etdirilmiş məhsullarımız Rusiya və ərəb ölkələrində tərəfdaşlarımızı maraqlandırıb”.

Direktor qeyd edib ki, müəssisə artıq Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) əməkdaşlıq və ixracla bağlı müraciət alıb:

“Biz müxtəlf məhsul nümunələrini BƏƏ-yə göndərmişik və indi nəticələri gözləyirik”.

O əlavə edib ki, fabrik digər istiqamətlərə də tədarükü nəzərdən keçirir.

S.Babayevanın sözlərinə görə, Bakı Tekstil fabrikində 300 nəfər işləyir və 7 istehsal xətti fəaliyyət göstərir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər







Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib -FOTO







BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb







Təmas xəttində növbəti monitorinq keçiriləcək


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az