Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Okt
2020
15:31
2821
16
Okt
15:31



Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib

Karantin rejimi müddətində Avropa ölkələrindən Azərbaycana ərzaq məhsullarının tədarükü çətinləşib və bu, öz növbəsində ticarət şəbəkələri və distribütorların Türkiyə və Rusiya şirkətləri ilə əməkdaşlığa başlamasına yol açıb.

Bunu XeberOxu.Az-a “Ticarət şəbəkələri” İctimai Birliyinin sədri Samir Abdullayev deyib.

Onun sözlərinə görə, karantin dövründə qida məhsulları sahəsində bu ölkələrlə ticarət dövriyyəsi artıb:

“Bundan başqa, karantin rejimi ölkə daxilində bir sıra istehsalat müəssisələrini aktivləşdirib. Pandemiya müddətində ticarət şəbəkələrinin gəlirləri artıb, amma gəlirlərlə yanaşı, nəqliyyat xərcləri və sanitar-dezinfeksiya işləri ilə bağlı xərclər də artıb”.

S.Abdullayev əlavə edib ki, karantin rejimi ticarət bazarının bütün iştirakçılarını, xüsusilə də ərzaq ticarət şəbəkələrini gigiyena və sanitar təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmağı, eləcə də satışın təşkili və qida məhsullarının yerləşdirilməsi ilə bağlı biznes proseslərini dəyişməyi öyrədib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.