Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



17 Okt
2020
04:00
4160
17
Okt
04:00



Azərbaycan XİN Rusiyanın Dövlət Dumasının üzvünün Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini pisləyib

Rusiya Federasiyasının Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərini qətiyyətlə pisləyirik.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı əl atdığı yeni təcavüz kontekstində baş tutan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə açıq şəkildə dəstək nümayiş etdirən bu qanunsuz səfər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə tamamilə ziddir.

Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz addımı Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən rəsmi mövqeyinə uyğun gəlmir.

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq ölkənin işğal olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün Vitaliy Milonovun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat







Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı







Prezident İlham Əliyev xalqa müraciət edir







Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.