# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
17:40
2546

22
May
17:40



"Azərbaycan dili" fənni üzrə imtahan vermək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak etmək məqsədilə qeydiyyatdan keçən abituriyentlərinin sayı açıqlanıb.

XeberOxu.Az-ın məlumatına görə, bu il "Azərbaycan dili" fənni üzrə test imtahanda iştirak etmək üçün 236 abituriyent qeydiyyatdan keçib.

2019-cu ildə keçirilmiş "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan 157 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tədrisi digər dillərdə aparılan bölmələrin məzunları "Azərbaycan dili" fənni üzrə imtahan verməlidirlər.

Ötən il "Azərbaycan dili" fənni üzrə imtahandan "məqbul" qiymət alan abituriyentlər bu il həmin imtahanı vermədən müsabiqəyə qatıla bilərlər.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.