XEBEROXU.AZ
Reklam     Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



20 Avq
2022
20:08
1011
20
Avq
20:08



Azərbaycan hərbi dənizçiləri voleybol yarışının qalibi olublar-FOTO

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin komandaları voleybol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberoxu.Az-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra hakimlər komissiyasının üzvlərinin və komandaların kapitanlarının iştirakı ilə püşkatma keçirilib.

İlk görüş İran və Qazaxıstan hərbi dənizçiləri arasında baş tutub və İran komandası qələbə qazanıb.

Sonrakı qarşılaşma Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında keçirilib. Azərbaycan komandası rəqibinə qalib gələrək adını final mərhələsinə yazdırıb.

Üçüncü yer uğrunda keçirilən görüşdə Qazaxıstan hərbi dənizçiləri Rusiya komandasından üstün olublar.

Gərgin final oyununda isə Azərbaycan dənizçiləri İran komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Sonda komandalara kubok, medal və fəxri fərmanlar təqdim olunub.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.