XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



20 Iyul
2021
17:08
660
20
Iyul
17:08



Azərbaycan koronavirusa qarşı mübarizə məqsədilə Tacikistana 40 min doza vaksin göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Tacikistan Respublikasına humanitar yardım göndərilib.

 Xeberoxu.Az xəbər verir ki, cari ilin 20 iyul tarixində 40 min doza Vaxzevria (AstraZeneca) peyvəndini daşıyan təyyarə Tacikistanın Düşənbə Beynəlxalq Hava Limanına enib.

Hava limanında yük Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Vüqar İbrahimov tərəfindən qəbul edilərək, Tacikistanın Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Fayzali Saidzoda və Tacikistan Respublikası Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sanitariya-Epidemioloji Təhlükəsizlik İdarəsinin rəisi Navruz Cəfərova təhvil verilib.

Humanitar yardım qarşı tərəfə təqdim edildikdən sonra Tacikistan Respublikası Səhiyyə Nazirliyinin rəsmisi COVID-19 virus infeksiyası ilə mübarizədə Azərbaycan Respublikası rəhbərliyi tərəfindən Tacikistana göstərilən davamlı yardımlara görə minnətdarlığını bildirib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Naftalan sakinləri “patı” ilə tutulub - FOTO








Bakıda mənzildən kişi meyiti tapılıb








Bakıda beşotaqlı evdə yanğın olub








Ağcabədidə narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri saxlanılıb -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.